Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 188.575 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 188.575 məqalə mövcuddur.
| Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.
Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir. 1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlar və hökmdar bağı (1772) yerləşir. |
| No Game No Life — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 dekabr 2015-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
Seriya "Boşluq" (空白 Ku:haku?, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir. (Davamı...) |
| Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıdır. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədi və Şabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır. |
- Məhsa Əmininin hökumət qüvvələri tərəfindən öldürülməsi İranda kütləvi etirazlara (şəkildə) səbəb olub.
- 12 sentyabrda Azərbaycan–Ermənistan sərhəddində başlayan döyüşlər zamanı hər iki tərəf itkilər verib.
- BMT-nin hesabatında Çinin Sincanda insanlıq əleyhinə cinayətlər, o cümlədən uyğur xalqına qarşı zorakılıqlar törətdiyi qənaətinə gəlinib.
- Keçmiş SSRİ lideri Mixail Qorbaçov 91 yaşında vəfat edib.
- Vilyam Ruto (şəkildə) Keniyanın yeni Prezidenti seçilib.
- Pakistanda ölkənin 1/3-nin su altında qalmasına səbəb olan daşqınlar nəticəsində 1,500-dən artıq insan həlak olmuşdur.
- Dağıstan Respublikasının Çaroda rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır.
- Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.
- Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.
- Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır.
- İspaniya ilə Fransa arasındakı Basklar ölkəsində danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi