Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 187.222 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 187.222 məqalə mövcuddur.
| Midiya dövləti — e.ə. 728 – e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.
Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir. Midiya ərazisi b.e.ə. IX–VIII əsrlərdə xırda vilayət hakimləri tərəfindən idarə edilirdi. Mannanın Gizilbunda vilayəti hər iki ərazinin sərhəddini təşkil edirdi. (Davamı...) |
| Şotlandiya Leyboristlər Partiyası — Şotlandiyada kiçik milliyətçi siyasi partiya. 1970-ci illərin əvvəllərində fəal idi. Şotlandiya Milli Partiyasının (ŞMP) Dandi şöbəsindən solçu təfqirəçi partiya kimi formalaşan Şotlandiya Leyboristlər Partiyası 1973-cü ildə Dandi-İst aralıq seçkilərində iştirakı ilə tanınır. Onun seçkilərə müdaxiləsi milliyətçi seçiciləri bölmüş və bu da nəticədə ŞMP-nin parlamentdə yer qazanmamasına gətirib çıxarmışdır. İki ay sonra partiya Dandi Şəhər Şurası seçkilərində iştirak etmiş, lakin uğursuz nəticələr əldə etmişdir. Qısa müddətdən sonra partiya ləğv edilmiş və 1974-cü ilin əvvəlində onun üzvlərinin əksəriyyəti ŞMP-yə qayıtmışdır. Bu dövrdə ŞMP-nin Şimal dənizinin neftli-qazlı hövzəsi ilə bağlı kampaniyaları Şotlandiyanın şəhərlərdə yaşayan seçiciləri arasında populyarlıq qazanmışdır. Şotlandiya Leyboristlər Partiyası heç vaxt rəsmi siyasi təmsilçiliyi olmamışdır.
ŞMP-nin ovaxtkı lideri Vilyam Vulf Şotlandiya Leyboristlər Partiyasının yaradılmasını yerli siyasətçilərin etdiyi fürsətçilik kimi qiymətləndirmişdir. Bu siyasətçilər arasında partiyanın ən görkəmli üzvü Corc Maklin də var idi. Maklinin 1979-cu il aralıq seçkilərində rəqibi Qordon Vilson Vulfun davamçısı olmuşdur. |
| "Heydər Əliyev" ordeni ilə təltif edilənlərin siyahısı — Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilən və 2005-ci il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis edilən "Heydər Əliyev" ordeni Azərbaycanın ən ali dövlət təltifi hesab olunur. 2005-ci ildən bu tərəfə 26 nəfər bu ordenlə təltif edilib.
"Heydər Əliyev" ordeni ilə təltif edilən 26 nəfərdən 10 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfəri isə xarici dövlətlərin vətəndaşlarıdır. Ordenlə təltif edilənlərdən 14 nəfəri, təltif edilən zaman dövlət başçısı idilər. Ordenlə təltif edilən 26 nəfərdən cəmi 2 nəfəri qadındır — Mehriban Əliyeva və Zeynəb Xanlarova. "Heydər Əliyev" ordeni ilə təltif edilənlərdən ən gənci İlham Əliyev (43 yaşında), ən yaşlısı isə İhsan Doğramacı (90 yaşında) idi. |
- BMT-nin hesabatında Çinin Sincanda insanlıq əleyhinə cinayətlər, o cümlədən uyğur xalqına qarşı zorakılıqlar törətdiyi qənaətinə gəlinib.
- Keçmiş SSRİ lideri Mixail Qorbaçov (şəkildə) 91 yaşında vəfat edib.
- Vilyam Ruto Keniyanın yeni prezidenti seçilib.
- Pakistanda ölkənin 1/3-nin su altında qalmasına səbəb olan daşqınlar nəticəsində 1,500-dən artıq insan həlak olmuşdur.
- Ranil Vikramasinqhe iqtisadi böhranla bağlı etirazlar fonunda parlament tərəfindən Şri-Lankanın prezidenti seçilib.
Digər günlər: 6 sentyabr – 7 sentyabr – 8 sentyabr
- Hər film çəkilişindən sonra Marlen Ditrix (şəkildə) xəstəxana və uşaq evlərinə ianə verirdi.
- 2028 Yay Olimpiya Oyunları ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
- Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir.
- Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-da yaranmışdır.
- Mortal Kombat video oyununda Conni Keyc personajı Jan-Klod Van Dammın parodiya formasıdır.
- Qütb tədqiqatçısı Roald Amundsenin (şəkildə) anası onun dənizçi olmasını istəmirdi və onu bu sahədən uzaq tutmağa çalışırdı.
- Kozloduy buxtası Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Vikimedia Fondunun digər layihələri
Vikilüğət Lüğət
Vikisitat Sitatlar
Vikikitab Azad dərsliklər və təlimat kitabları
Vikimənbə Azad əsər kitabxanası
Vikixəbər Azad xəbər mənbəyi
Vikiversitet Tədris materialları
Vikinövlər Bioloji növlərin sistematikası
Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
Vikiverilənlər Ortaq verilənlər bazası
Vikianbar Ortaq media anbarı
Vikisəyahət Azad səyahət təlimatçası
Meta-Viki Vikimedia koordinasiya mərkəzi